Donald Trampın oğlu Erik ABŞ prezidenti Co Baydenin seçkilərdən geri çəkilməsindən sonra Volodimir Zelenskinin vəziyyətini ələ salıb.
"Unikal" xəbər verir ki, "X" sosial şəbəkəsində o, bu qərardan sonra Baydenin smartfonunun necə göründüyünü təqdim edib.
Yayımlanan görüntüdə “Prezident Zelenskinin” Vaşinqtondan Kiyevə yardımın davam etdirilməsi ilə bağlı 52 buraxılmış “zəng” və “mesaj” haqqında məlumat əks olunub.
"Mənim pulum hələ də gələcək?" - şəkildəki “mesajlar”da deyilir.
Xatırladaq ki, iyulun 21-də Bayden prezidentlik yarışından çıxdığını elan edib. Eyni zamanda o, vitse-prezident Kamala Harrisin Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsini dəstəkləyib.
Gülayə Mecid