ABŞ prezidenti Co Bayden bu gün Ağ Evə geri qayıdacaq.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sonuncu dəfə ictimaiyyət qarşısına iyulun 17-də çıxan Bayden COVID-19 virusuna yoluxduğu üçün Delaverdəki evində özünü təcrid edib.
Dövlət başçısı noyabrın 5-də keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyi ilə bağlı bəyanatını da yazılı şəkildə verib. Ağ Evin açıqlamasına əsasən, iyulun 23-də prezidentin iş proqramı boşdur.
Daha əvvəl ABŞ-də səfərdə olacaq İsrailin baş naziri Benyamin Netanyahunun Co Bayden ilə iyulun 23-də görüşəcəyi bildirilsə də, iki liderin görüşü ilə bağlı dəqiq məlumat verilmir. Netanyahunun iyulun 25-i axşam saatlarında ölkəsinə qayıtması planlaşdırılır.