Qafqazda vəziyyət gərgindir.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell bildirib.
O, Aİ-nin Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması və Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq üçün “yaşıl işıq yandırmaq” qərarlarını şərh edib: "Bu iki qərarı Ermənistan çoxdan gözləyirdi. Mən çox şadam ki, bunu yay tətilinə qədər nəhayət razılaşdırmaq olar, çünki Qafqazda vəziyyətin nə qədər gərgin olduğunu bilirsiniz. Bu, bizim Ermənistanla tərəfdaşlığımızı gücləndirəcək".
Ağarza Elçinoğlu