“Qarabağ”ı yaxşı tanıyırıq, çünki keçən il Çempionlar Liqasının I təsnifat mərhələsində Ağdam təmsilçisi ilə qarşılaşmışıq”.
"Unikal" xəbər verir ki, bu sözləri Cəbəllütariqin “Linkoln” komandasının ispaniyalı yarımmüdafiəçisi Joe Martines UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun barədə klubun rəsmi saytına açıqlamasında deyib.
O, “Qarabağ”ın yüksək səviyyəli komanda olduğunu bildirib: “Rəqibi analiz eləmişik. Meydanda bütün gücümüzü göstərməyə hazırıq. Ağdam təmsilçisi bizim işimizi çətinləşdirəcək. Topa sahib olmaq və üstünlüyü ələ almalıyıq. Bunun üçün hər şey edəcəyik”.
Qeyd edək ki, “Qarabağ” bu gün səfərdə “Linkoln”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Konfrans Liqasında mübarizə aparan komandalarımız isə mübarizəyə iyulun 25-də start verəcək.