Azərbaycanın 20 yaşadək çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət milliləri Avropa çempionatında mübarizə aparacaqlar.
"Unikal" xəbər verir ki, təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi Polşanın Misloviçe şəhərinə yola düşüblər.
İyulun 25-dən 28-dək keçiriləcək turnirdə ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.
Qeyd edək ki, hər iki komandamız yarışa təsnifat mərhələsindən qoşulacaqlar