İsa Qəmbər hərəkətə keçdi
21:17 12-06-2013
CƏMİYYƏT
İsa Qəmbər hərəkətə keçdi
Rüstəm İbrahimbəyov isə Bakıya gəlməyə tələsir
Milli Şurada vahid namizəd məsələsi get-gedə ciddiləşir. Hətta dünənə qədər Bakıya gəlməyə qorxan Rüstəm İbrahimbəyov vahid namizəd olmaq şansını görən kimi vətənə dönəcəyini bəyan edib. Qeyd edək ki, hazırda “EL” Hərəkatı, ACP və ALP Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyəcəklərini açıq şəkildə bəyan ediblər.
Eldar Namazov bu günlərdə verdiyi açıqlamada da bildirib ki, Rüstəm İbrahimbəyov heç bir siyasi qurumu təmsil etmədiyindən neytral namizəd kimi hamının maraqlarına cavab verə bilər. AXCP sədri Əli Kərimli də bildirib ki, keçid dövrü üçün namizəd olmayacaq. AXCP hələ ötən ay qərara alıb ki, Milli Şura başqa namizədi müdafiə etmək barədə razılığa gəlsə, həmin namizədi dəstəkləyəcək. Beləliklə Əli Kərimli də R.İbrahimbəyovun namizədliyini müdafiə edir. Müşahidəçilərdə hesab edir ki, hazırkı məqamda Müsavatı neytrallaşdırmaq üçün AXCP Rüstəm İbrahimbəyov kartından sona qədər istifadə edəcək və sabah ümumi razılıq alınmazsa bütün məsuliyyət Müsavatın üzərinə atılacaq. Bunu da qeyd edək ki, artıq sosial şəbəkələrdə AXCP üzvləri Müsavat başqanı İsa Qəmbəri ən yüngül halda hakimiyyətə işləməkdə günahlandırırlar. Bununla yanaşı hazırda Şurada təmsil olunan Müsavat, KXCP və VHP kifayət qədər müəammalı mövqe sərgiləyirlər. Hər üç partiyanın seçkilərdə namizədi var. Onlar R.İbrahimbəyovu dəstəkləyəcəklərmi? Xatırladq ki, İsa Qəmbər mətbuata müsahibəsində intelektual namizədi dəstəkləyə biləcəyini bildirib. Amma bəzi ekspertlər Müsavatın başqa qərar verəcəyini də mümkün sayırlar.Ehtimallar var ki, İsa Qəmbər Milli Şuranın vahid namizədliyi üçün öz namizədliyini irəli sürə bilər. Elə partiyanın bəzi funksionerləri, xüsusən Arif Hacılı bu addımın atılmasında israr edir. Sosial şəbəkələrdə fəal olan müsavatçılar da R.İbrahimbəyovun namizədliyi ilə bağlı müsbət fikirlər yazmırlar.Ekspertlər bildirir ki, Müsavat başqanı Rəsulzadə-Elçibəy yolunu müdafiə edən şəxsə dəstək verəcəklərini deyəndə də məhz bunu nəzərə almışdı.Belə ki, Rüstəm İbrahimbəyov açıq şəkildə Rusiyaya dəstək verəcək bir xətt tutur və son müraciətində də qərbə yox, Rusiyaya üz tutmağı tövsiyyə etmişdi. Hesab edilir ki, məhz bu arqument nəzərə alınacaq və İsa Qəmbərin namizədliyi israrla tələb ediləcək. Pənah Hüseynlinin, Arif Hacılının Milli Şuradan kənarda durmasıda bununla bağlıdır. Hətta Arif Hacılı açıq şəkildə bəyan etmişdi ki, İsa Qəmbərin seçki qərargahının rəhbəri olduğu üçün Milli Şuraya vaxt ayıra bilmir. Bir halda ki, Milli Şurada vahid namizəd müəyyən olunacaq, bəs onda hansı səbəbdən İsa Qəmbərin seçki qərargahı hələ də fəaliyyət göstərir? Digər tərəfdən bunu da qeyd edək ki, İsa Qəmbərin seçki qərargahı artıq bölgələrdə də formalaşdırılır və kənardan aparılan müşahidələr təsdiqləyir ki, Müsavat artıq seçki prosesinə başlayıb və Milli Şuranın hansı addım atması onlar üçün o qədər də önəmli deyil. Bunu da vurğulayaq ki, İsa Qəmbərin artıq seçicilərlə də görüşünə start verilib. Bundan başqa bu gün Milli Şurada dindarlarda təmsil olunur və ekspertlər hesab edir ki, dindarlarda İsa Qəmbərə dəstək verəcək. Çünki ən azından İsa Qəmbər Həccə gedib və bir sıra dini ayinlərə əməl edir. Rüstəm İbrahimbəyov isə İslamdan kifayət qədər uzaqdır və bu günlərdə Rusiya televiziyasında çıxış edərək donuz əti yediklərini deməsi dini kəsimdə mənfi reaksiya yaradıb.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27