İnternetin siyasiləşməsinin bəlaları
21:17 12-06-2013
CƏMİYYƏT
İnternetin siyasiləşməsinin bəlaları
Dünya çıxış yolu tapa bilmir
Artıq bu gün dünyanın qarşılaşdığı ən böyük problemlərdən biri və birincisi internet resurslarının gündəlik həyatımıza sərt şəkildə daxil olmasıdır. Öncələr internet resursları insanlara əlavə informasiya almaq, zamanı əyləncəli keçirtmək üçün lazım idisə, artıq bu məsələdə də ciddi dəyişikliklər baş verir.
Bu gün sosial şəbəkələr, internet resursları sözün həqiqi mənasında bir siyasi tribunaya çevrilib və get-gedə real təhlükələr yaradır. Ərəb dünyasında inqilabların baş verməsində internetin roluda sözsüz ki, danılmazdır. Bu gün isə eyni problemi Türkiyə yaşayır. Məhz sosial şəbəkələr vasitəsi ilə yüz minlərlə insan küçələrə axışıb və hazırda bunun qarşısını almaq mümkün deyil. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanda açıq şəkildə bildirdi ki, artıq sosial şəbəkələr dövlətlərin təhlükəsizliyi üçün ciddi problemə çevrilib.Amma çox maraqlıdır ki, buna qarşı mübarizə forması da tapmaq mümkün deyil və məsələ get-gedə ciddiləşir. Eyni problemləri bu gün Azərbaycanda müəyyən formada yaşamağa başlayıb və yəqin ki, çıxış yolları tapmaq üçün müəyyən addımlar atılacaq. "Son vaxtlar Azərbaycanda geniş zolaqlı internetlərdən istifadə edənlərin sayı artmaqdadır. Bu da şübhəsiz ki, uşaqların bundan istifadə zamanı təhlükəsizliyinə ciddi maneə yaradır. Buna xüsusi diqqət ayırmaq lazımdır".Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli AŞPA tərəfindən Bakıda keçirilən "Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir" adlı beynəlxalq konfrans çərçivəsində Xüsusi Alt Komitənin iclasında bildirib. Komitə sədri qeyd edib ki, internetin yeniyetmələrin həyatına müdaxilə etməsi dövlət qurumlarını müəyyən dərəcədə problemlərlə üzləşdirir: "Bu isə öz növbəsində Azərbaycanda uşaqların internet təhlükəsizliyi problemini aktuallaşdırır. Odur ki, bu problemin həllində hamının birləşməsinə ehtiyac var". Ə. Hüseynli təklif edib ki, bu problemin qarşısının alınması üçün vətəndaş cəmiyyəti, özəl sektorun və beynəlxalq qurumların birliyinə ehtiyac var: "Həmçinin bu məsələdə tənzimləyici və özünütənzimləyən mexanizmlərin yaradılmasını ortaya qoymalıdır. Orta məktəblərdə, təlim-tərbiyə müəssisələrində, xüsusilə az yaşlılar arasında internetdən istifadəyə məsul şəxslər təyin olunsunlar və onlar bu işə nəzarəti həyata keçirsinlər. Bununla yanaşı aidiyyəti qurumlarda internetdən istifadə zamanı təhlükəsizlik məsələlərinə nəzarət edəcək strukturların yaradılması da mümkündür". Ə. Hüseynli 2009-cu ildə Azərbaycanın kibercinayətkarlığa qarşı Avropa Konvensiyasına qoşulduğunu xatırladaraq bildirib ki, bu müddət ərzində bu sahədə əhəmiyyətli islahatlar da həyata keçirilib: "Konkret olaraq cinayət məcəlləsinə "kiber cinayətlər" adla fəsil əlavə olunub. Komitə sədri onu da vurğulayıb ki, bu gün kompüter cinayətlərinin, kiber cinayətlərin aşkarlanması problemdir: "Bunun üçün mütəxəssislərə ehtiyac var. Hər halda güc strukturlarımızda bu işlə əlindən gələni edən ixtisaslaşmış korpus var". Bunu da qeyd edək ki, hazırda istər yeniyetmələr, istərsə də gənclər sosial şəbəkələrin ən aktiv istifadəçilərinə çevriliblər və günü-gündən şəhərdə internet klubların artması səbəbindən hadisələr nəzarətdən çıxır. Bundan başqa bu gün Azərbaycanda "facebook" sosial şəbəkə istifadəçilərinin də sayı bir milyonu keçir və müxtəlif qruplar yaradılaraq kifayət qədər siyasiləşiblər.
Fuad
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17