Bəzi şəxslər seçki qurumunun humanizmindən sui-istifadə edirlər.
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında 94 saylı Ucar seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun saxta sənədlər təqdim etməsi ilə bağlı şikayətə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hansısa şəxs insanları təmsil etmək istəyirsə, seçicilərlə səmimi olmalıdır: "Dairə seçki komissiyaları bu cür məsələlərə diqqətlə yanaşmalıdır. Biz həmişə dairə seçki komissiyalarının namizədlərin xeyrinə, humanist addım atmasını istəyirik. Lakin görünür, bəzi şəxslər bu humanizmdən sui-istifadə edirlər. Belə hallara yol vermək olmaz”.