Nazim İsmayılov ətrafından niyə şübhələnir?
23:37 12-06-2013
CƏMİYYƏT
Nazim İsmayılov ətrafından niyə şübhələnir?
Qərib Məmmədovun tənqid və iradları nəticəsiz qalır
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru Nazim İsmayılov ətrafındakı bəzi işçilərdən şübhələnir. O hesab edir ki, rəhbərlik etdiyi mərkəzin bəzi rəhbər əməkdaşları onun «ayağının altını qazmaqla» məşğuldurlar və məqsəd də onun direktorluqdan kənarlaşdırılmasına nail olmaqdır.
Bu məlumatı verən mənbənin sözlərinə görə, indiyədək mərkəzin fəaliyyətində yol verilən neqativ hallara, korrupsiya və rüşvətlə bağlı iddialara cavab olaraq komitə sədri Qərib Məmmədov bir neçə dəfə Nazim İsmayılovu tənbeh edib, ona iradlarını çatdırıb. Amma bundan sonra da mərkəz direktorunun fəaliyyətində ciddi müsbət dönüş yaranmayıb.
Əksinə, İsmayılov hesab edir ki, onun barəsində deyilənlər yalandır və bu yalanlar ətrafındakı bəzi işçilər tərəfindən dövriyyəyə buraxılır.
Halbuki mərkəz direktorunun qənaətini bölüşmək çətindir. Çünki onun rəhbərlik etdiyi qurumun zona şöbələrində korrupsiya hallarının olduğu, həyata keçirilən bir sıra layihələr zamanı mənimsəmələrə yol verildiyi, vətəndaşlara kadastr xidməti zamanı rüşvət hallarına rastlandığı çoxlarına gizli deyil.
Torpaq kadastrlarının qiymətləndirilməsi, torpaq kadastrı məlumatlarının reyestri və s. işlərin həyata keçirilməsi zamanı rəhbərlik etdiyi mərkəzin əməkdaşlarının görüm-baxımsız keçinmədiyini bildiyi halda Nazim İsmayılovun bu neqativ halları aradan qaldırmaq, tabe olduğu dövlət komitəsinin sədrinin göstərişlərini yerinə yetirmək əvəzinə, ətrafındakı işçilərdən şübhələnməklə məşğul olması heç bir məntiqə sığmır.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27