Azərbaycan Respublikasının Təhsil Naziri
Mikayıl Cabbarov cənablarına
Lənkəran Dövlət Universitetinin IV kurs tələbəsi
Quluzadə Şəbnəm Nizami qızı tərəfindən
M ü r a c i ə t
Mən Quluzadə Şəbnəm Nizamı qızı 2009-cu ildə Lənkəran Dövlət Universitetinin Kimya-biologiya ixtisasına qəbul olmuşam və hazırda həmin ixtisasın IV kurs tələbəsiyəm. 2013-cü ilin yanvar ayının 24-də Sessiyanın sonuncu imtahanında Prorektor Qorxmaz Ağayevin qərəzli münasibəti nəticəsində"Kənd Təsərrüfatının Əsasları və Kimyalaşdırma" fənnindən imtahana buraxılmamışam. Və səbəb kimi imtahana telefon keçirdiyim qeyd olunur. Lakin mən imtahan zalına telefonla daxil olmamışam və ümumiyyətlə imtahan zalına buraxılmamışam. Bu barədə universitet rəhbərliyinə dəfələrlə müraciət etmişəm. Lakin Universitet rəhbərliyi mənə gözləməyi və yanvar sessiyasının son həftəsində bu məsələni həll edəcəklərini və həmin fənndən yenidən imtahana buraxılacağımı söyləmişdir. Lakin Qorxmaz Ağayevin qərəzli münasibəti sayəsində bu deyilən fikirlər də həyata keçirilmədi .
03.03.2013-cü il tarixində magistr qəbul imtahanlarının birinci mərhələsində 65 bal toplayaraq 2-ci tura kecmişəm. Məlumdur ki, akademik borcum qaldığı halda magistr təhsili almağıma çox təsir edəcək . Bu səbəbdən Universitet rəhbərliyinin - prof. A.D.İsgəndərovun qəbulunda dəfələrlə oldum. Universitet rəhbərliyi bu məsələdə səhv etdiklərini bir başa özümə bildiri. Universitet rəhbərliyi buna "əlimizdən çıxan xətadır" desə də, mənə yardım etmək əvəzinə bu məsələdə heç bir kömək göstərmədi.
Bu xəta Universitet rəhbərliyi üçün adi hal olsa da mən və mənim kimi 60-a yaxın tələbə gəncin taleyi ilə oynamaq Azərbaycan Dövlətçiliyinin qorunması və inkişaf etdirilməsi yolunda canla başla çalışan insanlara mənəvi cəhətdən olduqca mənfi təsir göstərir. Magistr imtahanlarının artıq 2-ci mərhələsinə qoşularaq təhsilimizi artırmaq istiqamətində ən böyük əngəlimiz hazırda budur. Və haqlı olaraq bu məsələdə səsimizi sizə qədər yüksəltməyimiz Müstəqil Azərbaycan Dövlətinin bizim üçün yaratdığı ən gözəl imkanlardan biridir ki, bütün neqativ halların aradan qaldırılmasında bu faktor vacibdir. İctimai fəaliyyətim zamanı Dövlət Gənclər Siyasətinin cənub regionunda uğurla həyata keçirilməsi naminə kecirilən bütün tədbirlərdə ön sıralarda olan bir gənc olaraq Sizdən xahiş edirəm ki, bizi Dövlətçilik ənənələrimizə yaraşmayan fəaliyyətlərin qurbanına çevrilməyimizə imkan verməyəsiniz. Qeyd edim ki, bir sıra mötəbər layihələrin məzunu olmağımla yanaşı, Azərbaycan Gənclərinin VI forumunun da ən fəal iştirakçılarından biri olmuşam.
Hörmətli Mikayıl müəllim. Sizin fəaliyyətinizi yaxından izləyirik və çox bəyənirik . Və əminik ki, Sizin təhsil sahəsində apardığınız yeni və effektli islahatlara kimlərsə kölgə sala bilməz. Və bu məsələdə də çox xahiş edirik ki,
akademik borclara görə biz gənclər üçün yaranmış bu problemin həlli istiqamətində yay semestrinin tez bir zaman ərzində təşkil olunmasına və bizim magistr kimi Azərbaycan Dövlətinə yararlı , savadlı vətəndaş olmaq istiqamətində yetişməyimizə dəstək verəsiniz. Bu gün regionumuzun gəncləri ilə bağlı 2013-cü il Prezident seçkilərində Cənab İlham Əliyevin dəstəklənməsi ilə bağlı görüşlərdə moderator olaraq iştirak edirəm . YAP Lənkəran şəhər Təşkilatı ilə sıx əməkdaşlıq edirəm və bununla qürur duyuram . Lakin bizə qarşı Universitetdə olan bu kimi hallar az da olsa fəaliyyətimizə mənfi təsir göstərir. Öz səhvimiz olsaydı susardıq . Amma səhv bizim deyil deyə susmaq bizə yaraşmır.
Qeyd edim ki, Sizə bu müraciəti ünvanlayana qədər Universitetlə bağlı bütün şöbələrə müraciət etmişəm. Onlar mənə söyləmişlər ki, bu məsələni həll etmək bizim səlahiyyətimizdə deyil. Biz IV kurslar akademik borclarımızı ödəməyə şərait yaratmaq üçün Təhsil Nazirliyinə müraciət etmişik və cavabını gözləyirik. Lakin, may ayının 15-dən belə deyilsə də, Universitet rəhbərliyinin sözlərinə görə, Nazirlikdən hələ də cavab gəlməyib. Nəticəsiz qaldığı üçün bir başa sizə yazmalı olmuşam . Biz sizi cənub regionunda dəstəkləyir , atdığınız hər bir addımda Sizin yanınızda olduğumuzu vurğulayırıq ! Və ümid edirik ki, IV kurslara akademik borcumuzu ödəmək üçün kurs təşkil edilməsi məsələsini həll etməklə bizə köməklik edəcəksiniz.
Şəbnəm Quluzadə
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44