UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Bolqarıstan klubu “Ludoqorets”lə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.

"Unikal" xəbər verir ki, UEFA Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşmasını isə İtaliyadan olan hakimlər briqadasına həvalə edib:

20:00. “Qarabağ” – “Ludoqorets”

6 avqust. Tofiq Bəhramov adına Respublika Stadionu.

Baş hakim: Urs Schnyder

Baş hakimin köməkçiləri: Marco Zürcher, Benjamin Zürcher

Dördüncü hakim: Sven Wolfensberger

VAR hakimləri: Fedayi San, Johannes von Mandach

(Hakimlər briqadası İsveçrədəndir)

22:00. “Ludoqorets” - “Qarabağ”

13 avqust. Ludoqorets Arena.

Baş hakim: Simone Sozza

Baş hakimin köməkçiləri: Giorgio Peretti, Davide İmperiale

Dördüncü hakim: Matteo Marchetti

VAR hakimləri: Gianluca Aureliano, Marco Serra

(Hakimlər briqadası İtaliyadandır)