"Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib.

"Unikal"  xəbər verir ki, paytaxt təmsilçisi Slovakiya "DAK 1904"ü ilə səfərdə qarşılaşıb. İlk görüşdə "DAK 1904"ə 4 cavabsız qol vuran Rəşad Sadıqovun komandası rəqib meydanında da qalib gəlib - 2:1.

"Zirə" 3-cü mərhələdə "Osiyek"lə (Xorvatiya) üz-üzə gələcək. İlk oyun səfərdə olacaq.