Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) təqsirləndirilən şəxs Elnur Mahal oğlu Həsənova hökm oxunub.
"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı Cövdət Mehrəliyev Elnur Həsənovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elnur Həsənov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalıdır və 8 aydır Xətai Rayon Polis İdarəsi tərəfindən həbs olunub.
Seymur Əli