FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

"Unikal" xəbər verir ki, E.Məsiyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Yurqorden” (İsveç) - “İlves” (Finlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş avqustun 15-də Stokholm şəhərində yerləşən “Stokholm Arena”da keçiriləcək.