Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Cənab nazirimiz 4-5 avqust 2024-cü il tarixlərində Misirdə rəsmi səfərdə olacaq. Görüşlərdə ikitərəfli münasibətlərimizlə yanaşı aktual beynəlxalq və regional proseslərin müzakirə olunacağı gözlənilir”, - məlumatda qeyd olunub.