Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
"Unikal" xəbər verir ki, avqustun 2-də polis əməkdaşları paytaxt Bakıda və rayonlarda 2 avtomat, 1 tapança, 2 tüfəng, 1 pulemyot, 3 qumbara, 1 patron darağı və 27 müxtəlif çaplı patron təhvil götürüblər.