UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
"Unikal" xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”la yanaşı, Türkiyənin “Qalatasaray” və “Fənərbağça” klublarının da potensial rəqibləri bəlli olub.
Okan Burukun yetirmələri “Yanq Boys”la (İsveçrə) qarşılaşacaq. Joze Mourinyonun komandası isə III raundda “Lill”i (Fransa) mübarizədən kənarlaşdırsa, “Slaviya” (Çexiya) - “Yunion” (Belçika) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-21-də, cavab qarşılaşmaları isə 27-28 avqustda keçiriləcək.