Başqırdıstanın Sterlitamak rayonundakı silah-sursat istehsal edən “Avanqard” hərbi zavodunda partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Başqırdıstan üzrə İdarəsi məlumat yayıb.

Partlayış nəticəsində 3 nəfər hadisə yerində ölüb. Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.