“Fərqli və təcrübəli komandaya qarşı oynadıq”.
"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Bolqarıstanın “Ludaqorets” klubuna məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin aqressiv futbol sərgilədiyini bildirib: “Ludaqorets”in oyunçuları fərdi olaraq yüksək səviyyədədirlər. Üstün tərəfləri olan əks-hücumdan ikinci qolu vurdular. Mən bu komandanı ciddi qəbul edirəm. Biz də çalışdıq. Futbolçularım əllərindən gələni etdilər. Hələ heç nə bitməyib. İnanıram ki, səfərdə istənilən nəticəni qazana biləcəyik. Ruhdan düşmürük”.
Mütəxəssis hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib: “Epizodlara təkrar baxdıq. Təəssüf ki, bəzi epizodlarda düzgün qərarlar verilmədi”.
Q.Qurbanov qapıçı transfer etmək istədiklərini də deyib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də səfərdə keçiriləcək.