YAP-dan Abbas Abbasova xəbərdarlıq
20:40 14-06-2013
CƏMİYYƏT
YAP-dan Abbas Abbasova xəbərdarlıq
Oyunun yeni mərhələsi
Baş nazirin sabiq birinci müavini, “Azerros” un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov bir neçə gün öncə Azərbaycan-Rusiya münasibətləri ilə bağlı son aylar gedən prosesləri sərt tənqd edən bəyanatla çıxış edib. A.Abbasovun sözlərinə görə, Azərbaycanda onlara qarşı “yalan kampaniyası" aparılır.
“Mən istəyirəm ki, Azərbaycanın bəzi siyasətçi, politoloq, ekspert və jurnalistlərinin hər biri tarixi vətənlərindən uzaqda yaşayan soydaşlarımız qarşısında məsuliyyətini dərk etsin. Azərbaycandan müxtəlif səbəblərdən gedən və Rusiyada məskunlaşan soydaşlarımızın taleyi ilə oynamaqdan əl çəkin! Bu qarşıdurma kimə lazımdır? Başa düşürsünüzmü ki, sizin bu çirkin və düşmənçilik iyi verən kampaniyanız nəticəsində soydaşlarımızı hansı tale gözləyir?”. Abbas Abbasovun məlum bəyanatı sözsüz ki, Azərbaycanda birmənalı qarşılanmadı və əksəriyyət belə bir nəticə çıxartdı ki, artıq rəsmi Kreml Abbas Abbasov və Rüstəm İbrahimbəyovun timsalında hakimiyyətə qarşı səlib yürüşünə start verib. Hətta artıq belə fikirlər də səsləndirilir ki, Rüstəm İbrahimbəyov Milli Şuranın prezidentliyə vahid namizədi kimi Abbas Abbasovun namizədliyini verəcək. Bunu da qeyd edək ki, Abbas Abbasovun müxalifət tərəfindən də qəbulu mümkün variantdır.Görünür bu səbəbdən artıq YAP Əli Əhmədov səviyyəsində məsələyə münasibət bildirib. Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov “Azərros”un Ağsaqqalar Şurasının sədri, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun son bəyanatı ilə bağlı partiyanın mövqeyini açıqlayıb. “Abbas Abbasovun çirkli işlərdə iştirak etməsi ilə bağlı müəyyən fikirlər səslənməkdədir. Əgər bu faktlar həqiqətə uyğundursa, mən buna çox təəssüflənirəm”-deyə Ə.Əhmədov bildirib. YAP icra katibinin sözlərinə görə, Abbas Abbasov Azərbaycanda uzun müddət yüksək vəzifələr tutub.
“Mərhum Heydər Əliyev və prezident İlham Əliyev ona etimad göstərərək yüksək vəzifələrə təyin ediblər. Bu etimaddan sonra o, Azərbaycanda Heydər Əliyev xəttinə qarşı çıxırsa, vətəndaşlar bunu qəti şəkildə pisləyəcəklər”-deyə YAP rəsmisi bildirib. Daha sonra Əli Əhmədov bildirib ki, Abbas Abbasov bundan nəticələr çıxarmalıdır. “Vətəndaşlar onun bu mövqeyinə görə sərt mövqe nümayiş etdirirlər”.Ə.Əhmədov qeyd edib ki, Azərbaycandan kənarda harada yaşamağından aslı olmayaraq istənilən şəxs ölkəmizin milli maraqlarını qorumalıdır.
Ekspertlər hesab edir ki, artıq Əli Əhmədovun məsələyə münasibət bildirməsi sübut edir ki, məsələ kifayət qədər ciddiləşib. Amma uzun müddət “Milyarderlər İttifaqı” belə rəy yaratmağa çalışırdı ki, Azərbaycan hakimiyyəti ilə bir yerdədilər, sadəcə olaraq Diasporlarla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov onlarla əməkdaşlıqda maraqlı deyil və konflikt şəxsi müstəvidədir. Amma indi sübut olunur ki, tam əksinə, məsələ siyasi məsələdir və görünür hakimiyyətin əlində kifayət qədər ciddi məlumatlar var.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27