Ukrayna ilk dəfə "F-16" qırıcılarından istifadə etməyə başlayıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, qırıcılar ilk dəfə Xerson vilayətinin Kaxovka rayonunda görüntülənib. 

Xerson rəhbəri Pavel Filipçuk regionun Rusiyanın nəzarətində olan ərazilər üzərində Amerika mənşəli F-16 qırıcılarının göründüyünü bildirib.

Onun sözlərinə görə, bu təyyarələr avqustun 7-dən Kaxovka rayonu üzərində uçur. O, bu uçuşların məqsədini əhali arasında panika yaratmaq cəhdi adlandırıb. 

Gülayə Mecid