Rusiya prezidenti Vladimir Putin əcnəbilərin ilkin hərbi qeydiyyatdan keçmə öhdəliyini yerinə yetirməməsi səbəbilə əldə etdiyi Rusiya vətəndaşlığına xitam verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, qanun Rusiya vətəndaşlığını almış şəxslərin icbari ilkin hərbi qeydiyyata alınması öhdəliyini qarşıya qoyur. Öhdəliyin yerinə yetirilməməsi isə həmin şəxlərin vətəndaşlığına xitam verilməsi üçün əsas sayılır.
Qanun layihəsinə izahatda qeyd olunub ki, Rusiya vətəndaşlığını almış hərbi yaşda olan kişilər hərbi qeydiyyatdan keçməlidirlər.
İmzalanan qanuna görə vətəndaşların hərbi uçota alınması və vətəndaşlıq alması prosesləri sinxronlaşdırılmış şəkildə aparılacaq.