Fransa prezidenti Emmanuel Makronla İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, telefon danışığında Yaxın Şərqdə, xüsusilə Livan və İsrail sərhədində artan gərginlik müzakirə edilib.
Həmçinin, bildirilib ki, Makron Fransanın bölgədə hər hansı hərbi gərginliyi artırmamaqda qərarlı olduğunu ifadə edib.
Açıqlamada, Makronun Netanyahunu bölgənin və xalqının sabitliyini riskə atacaq bir qisas məntiqindən qaçmağa çağırıb. Eyni zamanda, Fransanın əsas prioritetinin Qəzzada ən qısa zamanda atəşkəsin təmin edilməsi, əsirlərin azad edilməsi və Qəzzalılara geniş miqyaslı və maneəsiz humanitar yardımların çatdırılması olduğunu bildirib.
Zərifə Nağıyeva