Müsavatda qruplararası savaş qızışır
20:42 14-06-2013
CƏMİYYƏT
Müsavatda qruplararası savaş qızışır
Milli Şura əleyhdarları güclənə bilər
"Müsavat Partiyası Milli Şura ilə yollarını ayıracaq. İsa Qəmbərin "Rüstəm İbrahimbəyov namizədliyini dəstəkləyə bilərəm" deməsinə baxmayın. Müsavatda vəziyyət ciddidir, başqandan vahid namizəd olması tələb olunur". Bunu bizimlə söhbətdə adının çəkilməsini istəməyən İctimai Palata üzvlərindən biri deyib.
Onun sözlərinə görə, Müsavatda Milli Şura ilə bağlı məsələ tam həll edilməyib. Məlumata görə, Müsavatdaxili qrupların savaşı yaxın günlərdə sosial şəbəkələrdən mətbuat müstəvisinə keçəcək. Müsavat daxilində Milli Şuraya üç münasibət mövcuddur. Birincisi, Milli Şuranın əleyhinə olan Rauf Arifoğlu qrupudur ki, bu qrupa kənardan Pənah Hüseyn, Hacı İlqar İbrahimoğlu, Seyid Camal da daxildir. Onlar Milli Şuranın yaranmasına qarşı olublar. İndi də vahid namizədin elan olunmasına qarşı çıxırlar. Bu qrupun yeganə marağı Müsavatın statusunun əvvəlki kimi olması, İsa Qəmbərin ana müxalifət kimi qəbul olunmasıdır. Bu qrup Rüstəm İbrahimbəyovun, Eldar Namazovun və ya başqa bir kənardan gəlmiş namizədi qəti şəkildə qəbul etmirlər. Əslində onların mövqeyində haqılılıq var. Müsavat Milli Şurada əvvəlki əzəmətini itirib məhv olacaq. İsa Qəmbər isə cazibəsini itirəcək. Amma kənardan Arifoğlu qrupunun mövqeyi separatçılıq kimi görünür.
Müsavat daxilində başqa bir qrupa Arif Hacılı rəhbərlik edir. Bu qrupun da Milli Şuraya münasibəti mənfidir. Hacılı qanadı da Milli Şuranın vahid namizədinə qarşıdır. Mətbuata açıqlamasında Hacılı "müxalifətin vahid namizədinin yaxın günlərdə müəyyən olunması ciddi siyasi səhv olardı" deyib. Onun sözlərinə görə, vahid namizədlə bağlı addımın atılması hakimiyyətin manevr imkanlarını artıracaq. "Bir daha təkrar edirəm, müxalifətin vahid namizədi seçki gününə təqribən 1 ay qalmış müəyyən edilərək cəmiyyətə təqdim olunmalıdır", - deyən Müsavat rəsmisinin fikrincə, əks halda hakimiyyət mövsümi müxalifətçilərin boykot arqumentlərini artıran qərarlar qəbul etməklə 2008-ci il olaylarını təkrarlamaq imkanı qazanacaq. Bu açıqlama Rüstəm İbrahimbəyovun "vahid namizədi 15 gün ərzində açıqlayacağıq" bəyanatından bir gün sonra verilib. İlk baxışdan İbrahimbəyova qarşı olduğu görünsə də, Hacılı qrupu daha çox Əli Kərimliyə qarşıdır. Bu qrup da hesab edir ki, Müsavat Milli Şuraya girməkdə səhv elədi, bu, AXCP-nin şansını artıracaq.
Müsavatda üçüncü mövqe İsa Qəmbərə məxsusdur. Başqan, hələ ki, ortaq mövqe sərgiləyir. Müsavat Milli Şuraya onun təkidilə girdi. Şura qarşısına xarici siyasət kursunda Avrointeqarasiya şərtini bu qrupun tələbilə qoydu. Yeri gəlmişkən, təcrübəli siyasətçi olaraq İsa Qəmbər "Müsavatın qırmızı xətti" məsələsi ilə Milli Şuradan çıxmağa əl yeri qoyub. Amma bu addımı nə zaman atacaq, məlum deyil.
Bəs Müsavatdaxili qruplardan hansı qalib gələcək? Gələn məlumatlara görə, Arifoğlu qrupunun Milli Şuraya qarşı müstəqillik platformasından çıxış etməsi keçmiş hərəkatçıların liderlik etdiyi partiyalardan dəstək qazana bilər. Konkret olaraq, ADP, AMİP, ALDP, Aydınlar, KXCP kimi partiyaların Müsavatdakı Arifoğlu qanadına dəstək verəcəyi inandırıcı görünür. Bu halda qrup Müsavat daxilində gücə çevrilə və partiya rəhbərliyində mövqelərini möhkəmləndirə bilər.
Əli
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24