Gəncədə fərdi yaşayış evində  yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yerləşən Nahidə Mehdiyevaya məxsus fərdi yaşayış evində anidən yanğın olub. Dərhal əraziyə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Ümumi sahəsi 120 km metr olan yaşayış evin 30 kv yanıb.

Evin qalan hisəssi yanğından mühafizə edilib.Yanğın zamanı ev sahibi evdə olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov