Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedovun (97 kq) Parisdə keçirilən Yay Olimpiya Oytunlarında ilk rəqibi bəlli olub.
"Unikal" xəbər verir ki, hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.
Üçqat dünya və dördqat Avropa çempionu H.Əliyev ilk rəqibi meksikalı Ostin Qomes olacaq.
Maqomedov isə Dominikan Respublikasından olan Luis Migel Pereslə mübarizə aparacaq.
Qarşılaşmalar avqustun 10-da Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.