Almaniyanın “Ştutqart” klubu “Brayton”un hücumçusu Deniz Undavı heyətinə birdəfəlik cəlb edib.
"Unikal" xəbər verir ki, Bundesliqa klubu 28 yaşlı futbolçunun keçidini rəsmi saytı vasitəsilə elan edib.
Deniz şvabiyalılarla 2027-ci ilin ortalarına qədər müddətə üç mövsümlük müqavilə imzalayıb.
Qeyd edək ki, Deniz Undav ötən mövsüm icarə əsasında "Ştutqart"da çıxış edib. Forvard sözügedən komandanın heyətində keçirdiyi 33 rəsmi oyunda 19 qol vurub, 10 məhsuldar ötürmə verib.
Undav AÇ-2024-də Almaniya millisinin heyətində çıxış edib və bir matçda meydana çıxıb. "Ştutqart" son Almaniya çempionatında ikinci yeri tutub və ÇL-də çıxış edəcək.