Amerikalı reper Trevis Skott Parisdə saxlanılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu gün səhər saatlarında musiqiçi oteldə cangüdəni ilə dava edib. Otelin mühafizəçisi onları ayırmaq üçün əlbəyaxa davaya müdaxilə edib və nəticədə özü də xəsarət alıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Skott sərxoş olub.həbs edilib.

Qeyd edək ki, reper iyunda Mayamidə sərxoş halda dava etdiyi üçün də saxlanılmışdı.