ABŞ Ukraynaya 125 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
"Unikal" "Reuters-ə istinadən xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Yeni yardım paketi çərçivəsində Ukrayna Silahlı Qüvvələri (AFU) Amerikanın “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemləri (MANPADS), artilleriya üçün döyüş sursatları və tank əleyhinə sistemlər alacaq.
Xatırladaq ki, iyulun sonunda ABŞ Ukraynaya 200 milyon dollarlıq hərbi yardım paketi ayırıb. Vaşinqton Kiyevə hava hücumundan müdafiə vasitələri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün sursat, artilleriya mərmiləri və Javelin və digər tank əleyhinə sistemlər üçün sursat təhvil verəcəyini vəd edib.