"Narkoticarət Ermənistanın dövlət siyasətidir"
20:43 14-06-2013
CƏMİYYƏT
"Narkoticarət Ermənistanın dövlət siyasətidir"
"Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş əraziləri tam nəzarətsizdir. Ora yalnız Ermənistanın silahlı qüvvələri nəzarət edir. Deməli Dağlıq Qarabağ ərazisi işğalçı Ermənistanın rəhbərləri tərəfindən ciddi idarə olunur". Bunu Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan işğal olunmuş ərazilərimizdə narkotik maddələrin yetişdirilməsi faktorunu dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırıb: "Ermənilər bu ərazilərdə narkotik vasitələrin yetişdirilməsi, insan alveri, silah qaçaqmalçılığı, terrorçu qrupların hazırlanması kimi bədnam əməllərlə məşğuldurlar. Bu, Ermənistanın dövlət siyasətidir. Beynəlxalq təşkilatların bu kimi hallara qarşı lazımi addımları atmaması məsələsinə gəlincə isə, etiraf etmək lazımdır ki, beynəlxalq təşkilatlar bu məsələlərin aradan qaldırılmasında acizdir".
Qeyd edək ki, son günlərdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər ifşa edilib. Onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində təşkil edilmiş və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.
"Bu erməni təəssübkeşliyi ilə bağlı məsələdir. Guya beynəlxalq təşkilatlar narkotik maddələrin başqa ölkələrə keçirilməsi ilə bağlı mübarizə aparır. Lakin konkret dövlətlə bağlı məsələ olduqda, onlar bu missiyanı unudurlar". Bu fikirləri isə millət vəkili Fazil Mustafa Azərbaycanın işğal olunan ərazilərdən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə digər ölkələrə daşınması və "ağ ölüm"ün yayılmasına qarşı dünya ictimaiyyətinin göz yummasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bilavasitə təsir dairəsində olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində narkotik ticarətin genişləndiyindən beynəlxalq ictimaiyyət xəbər tutmalıdır. Onlar görsünlər ki, nəzarətsiz ərazilərimizdə yetişdirilən narkotik bitkiləri son olaraq onların yaxınlarını, doğmalarını zəhərləyir. Biz bu məsələləri daim gündəmə gətirməli və dünyaya qəbul etdirməliyik ki, nəzarətsiz zonalarda belə hadisələrin baş verməsi artıq adi hal alıb: "Buna görə də Dağlıq Qarabağdan daşınan narkotik vasitələrin daşınması barədə məlumatları beynəlxalq təşkilatların, iri dövlətlərin, Minsk qrupuna daxil olan həmsədr ölkələrin rəhbərlərinin diqqətinə çatdırmalıyıq. Narkotik qaçaqmalçılığının Azərbaycanın işğal olunmuş ərazilərindən daşınmasına çox ciddi yanaşmalı və qarşısının alınması istiqamətində təbliğatı yüksək səviyyədə həyata keçirməliyik. Dünya ictimaiyyətini inandırmalıyıq ki, doğrudan da, Dağlıq Qarabağda narkotik maddələrin yetişdirilməsi, tranziti məsələlərinə birdəfəlik son qoyulmalıdır".
Qeyd edək ki, son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılan həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.
Mehdi
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00