Yevlaxda yol qəzası olub, yaralananlar var
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində baş verib. İdarəetmədən çıxan "Toyota Prius" markalı avtomobil öncə yol kənarındakı dəmir dirəyə, daha sonra isə beton maneələrə çırpılıb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan iki qadın və bir azyaşlı uşaq təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov