Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Xəyal Nəcəfov vurub.

Tura bu gün saat 21:00-da start götürəcək "Sabah" - "Zirə" oyunu ilə yekun vurulacaq.

Daha əvvəl baş tutan qarşılaşmalarda "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz-Naxçıvan" "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə bərabərliklə bitib 1:1.