İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilən İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib.
"Unikal" xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian Cavad Zərifi avqustun 1-də strateji məsələlər üzrə vitse-prezident təyin etmişdi.
Cavad Zərif Prezident Məsud Pezeşkianın nazir seçimlərindən narazılığına görə istefa verdiyini bildirib.