Gəncədə yol qəzası olub.

"Unikal"ın Gəncə müxbirinin məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində Heydər Əliyev parkının qarşısında qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını velosipedçini vurub. Müxtəlif bədən xəsarət alan velosipedçi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov