Suriyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb. 

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 94,8 min nəfərin yaşadığı Salamiya şəhərindən 4 kilometr qərbdə olub. 

Qeyd edək ki, tələfat və dağıntılar barədə məlumat yoxdur.