Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün cavab oyununa çıxacaq.
"Unikal" xəbər verir ki, İstanbul nəhəngi doğma meydanda Fransanın “Lill” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Komandalar arasında cütün ilk oyunu Fransa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Joze Mourinyonun kollektivi III raundda “Lill”i mübarizədən kənarlaşdırsa, “Slaviya” (Çexiya) - “Yunion” (Belçika) duelinin qalibi ilə üz-üzə gələcək.