Gəncədə 4 min ot bağlaması yanıb.
"Unikal" xəbər verir ki, hadisə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Yeni qəsəbədə baş verib. Həmin qəsəbədə müvəqqəti məskunlaşan Şuşa rayon Şırlan kənd sakini Abbasov Əbdülqasım Bahadur oğlunun fərdi təsərrüfatı üçün yığdığı ot tayasında yanğın başlayıb.
Əraziyə FHN nın yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı vətəndaşa məxsus 4000-ə yaxın ot bağlamasından ibarət taya tamamilə yanaraq yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə vaxtı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov