“Donald Tramp yenidən prezident seçilərsə, onun andiçmə mərasiminə qatılacam”.

"Unikal"ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Cozef Bayden jurnalistlərin sualına cavabında deyib. “Mən onun kimi deyiləm, daha yaxşı maneralara malikəm”,- deyə Bayden bildirib.

Qeyd edək ki, Donald Tramp 2021-ci ildə Cozef Baydenin andiçmə mərasiminə qatılmamışdı.