Zaqatalada 69 yaşlı kişini avtomobil vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin Eldar Ağayev küçəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Cavid Ziyavəddin oğlu Dibirovun idarə etdiyi “VAZ-2103” markalı minik avtomobili rayonun Yuxarı Tala kənd sakini 1955-ci il təvəllüdlü Əli Nəcməddin oğlu Əliyevi vurub.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ə.Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, bir neçə saat sonra həyatını itirib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Seymur Əli