Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəməndə üsyançı husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan Hudeyda əyalətindəki hədəflərə hava zərbələri endirib.
"Unikal" xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan “Əl-Masirah” telekanalı məlumat yayıb.
Hərəkatın lideri Əbdül Malik əl-Husi ABŞ-ın təkcə bu həftə Yəmənə ən azı 10 hava hücumu həyata keçirdiyini söyləyib. Onun sözlərinə görə, cari ilin yanvarından etibarən Britaniya və ABŞ qüvvələrinin nəqliyyat hədəflərini bombalaması nəticəsində ölənlərin sayı 73-ə çatıb.