Ekvadorun hüquq-mühafizə orqanları cinayətkarların Niderlanda göndərməyi planlaşdırdıqları bir tondan çox kokaini müsadirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin polisi “X”də məlumat verib.
Qeyd olunub ki, Ekvadorun liman sistemində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 1 tondan çox kokain müsadirə edilib.