"Bu, İsa Qəmbərin siyasi karyerasının sonu ola bilər"
20:23 19-06-2013
CƏMİYYƏT
"Bu, İsa Qəmbərin
siyasi karyerasının
sonu ola bilər"
"Müxalifət dairələrinin hələ də vahid namizəd məsələsində yekdil fikrə gələ bilməməsinin başlıca səbəbi, şəxsi maraqlarının mənəvi dəyərlərə nisbətən üstünlük təşkil etməsidir". Bunu Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov iyunun 16-da Müsavat Partiyasının başqanı İsa Qəmbərin Binəqədi sakinlərilə keçirdiyi görüşdə "vahid namizəd olan şəxs Azərbaycanda olmalıdır" fikrinə münasibət bildirərkən söyləyib.
AMİP üzvünün sözlərinə görə, illər boyu müxalifət partiyaları bir-birlərinin əleyhinə işləyib, zəiflətməyə çalışıblar: "Hətta bu insanlar ən ağlasığmaz ittihamları belə bir-birlərinin ünvanlarına söyləyiblər. 2003-cü ilin oktyabr ayında da eyni proses yaşanmışdı: "Həmin dövrdə müxalifət dairələri Etibar Məmmədovun namizədliyinin dəstəklənməsi ilə bağlı razılaşma istəklərini ortaya qoydular. Amma sonrakı proseslər göstərdi ki, E.Məmmədov namizədlikdən imtina edərək, İsa Qəmbərin namizədliyinin üzərində dayandı. Bu pozuculuq əməli uşaq oynuna bənzəyir. Düşünmürəm ki, İ.Qəmbər keçmişdəki addımını yenidən təkrarlasın. Əks halda bu, onun siyasi karyerasının sonu olar və insanların qınağından heç cür qurtula bilməz". "Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli hər zaman aralarında hökm sürən didişmə ilə gündəmdə qalıblar". Bunu isə Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə Müsavat Partiyasının başqanı İsa Qəmbərin Binəqədi sakinlərilə keçirdiyi görüşdə "vahid namizəd olan şəxs Azərbaycanda olmalıdır" fikrinə münasibət bildirərkən deyib.
A.Əlizadənin sözlərinə görə, nadan insan həmişə özünə çox arxayın olur: "O, özü də başa düşmür ki, nə qədər nadanlıq edir. Sanki ondan ağıllı və güclü insan yoxdur. Belə düşünmək isə sadəcə nadanlara məxsusdur. Bu mənada İsa Qəmbər və Əli Kərimli nə birlik, nə də cütlük sayıla bilməzlər. Bu insanlar hər biri fərd olaraq, digərlərindən fərqlənməyə çalışırlar. Ümumiyyətlə, İctimai Palata, "Milli Şura", "El" hərəkatı və s. hər biri ambisiyalarının qurbanı olan insanlardır. Belə olan təqdirdə onlar heç bir zaman birləşə bilməyəcəklər. Əgər onlar birləşə bilsəydilər, elə vahid AXCP-nin tərkibində qalardırlar".
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17