Həndbol üzrə avrokuboklar üçün klub bölgüsü bəlli olub.

"Unikal" xəbər verir ki, Avropa Həndbol Federasiyası ölkələrin 2025/26 mövsümündəki təmsilçi sayını açıqlayıb.

Kişilərdən ibarət komandalarımıza Çempionlar Liqası və Avropa Liqasında yer verilməyib. Avropa kubokunda isə Azərbaycan 4 klub sifariş edə bilər.
Qadın həndbolunda da ölkəmizə ümumilikdə 4 yer verilib. Onlardan biri Avropa Liqası, digərləri Avropa kubokunda oynamaq imkanına malikdir. Çempionlar Liqasında isə təmsilçimiz olmayacaq.

Qeyd edək ki, 2024/25 mövsümündə 2 kişi və 3 qadın komandamız Avropa kubokunda mübarizə aparacaq.