İsveçli tanınmış məşqçi Sven-Qoran Eriksson xərçəng xəstəliyindən dünyasını dəyişib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanvar ayında mədəaltı vəzi xərçəngi diaqnozu qoyulan Eriksson 76 yaşında vəfat edib.
Qeyd edək ki, Sven-Qoran Eriksson, məşqçilik karyerasında; “Benfika”, “Roma”, “Fiorentina”, “Sampdoriya”, “Latsio”, İngiltərə Milli Komandası, “Mançester Siti”, “Lester Siti” kimi önəmli klublarda çalışıb.
Fidan Nuriyeva