“Əl-Hilal”ın (Səudiyyə Ərəbistanı) hücumçusu Neymarın menecerləri futbolçunun “Barselona”ya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Unikal" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
32 yaşlı forvardın menecerləri bu xəbərləri təkzib edib: “Neymarın "Əl-Hilal"dan "Barselona"ya qayıtması ilə bağlı yazılar yalandır, "Əl-Hilal"a və idmançıya qarşı böyük hörmətsizlikdir. Neymar "Əl-Hilal" ilə müqavilə imzalayıb. O, Ər-Riyadda xoşbəxtdir. Tezliklə Neymar azarkeşləri sevindirmək üçün meydançaya qayıdacaq".
Qeyd edək ki, Neymar 2023-cü ilin yayında "Əl-Hilal"a keçib. O, sol dizindəki zədə səbəbindən ötən ilin oktyabrından meydana çıxmırdı. Futbolçu zədəsini ötən ay sağaldıb. Braziliyalı oyunçu "Əl-Hilal"la ümumilikdə bütün turnirlərdə 5 matça çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini edib. Neymar əvvəllər PSJ, "Barselona" və "Santos"da çıxış edib.