Deputatlar əlavə səlahiyyət istəyirlər
20:06 20-06-2013
CƏMİYYƏT
Deputatlar əlavə səlahiyyət istəyirlər
"Qanunların icrasına nəzarəti Mili Məclis həyata keçirsin"
Bu gün qanunverici orqan olan Milli Məclisdə müxtəlif qanun layihələri qəbul olunur. Lakin onların icrası və icrasına nəzarətlə bağlı bəzi çatışmazlıqların olduğu bildirilir. Belə ki, cəmiyyətdə Milli Məclis tərəfindən qəbul edilən qanunların icrasına nəzarətin o qədər də yaxşı olmadığı haqda fikirlər var. Belə təkliflər də səsləndirilir ki, qanunların icrasına Milli Məclis nəzarət etsin. Bəs bu haqda millət vəkilləri nə düşünür?
Millət vəkili Fuad Muradovun fikrincə, Milli Məclisin nəzarət funksiyası olmalıdır ki, parlament qəbul etdiyi qərarlara nəzarət edə bilsin.
"Eyni zamanda hakimiyyət bölgüsü üçün bu vacib ola bilər. Çünki hökumət yalnız icrayla məsuldur, amma qanunların həyata keçirilməsi, qanunda olan boşluqlara yaxşı olardı ki, Milli Məclis nəzarət etsin. Bütün ölkələrdə bu praktika var və bu bəhrəsini verir. Ona görə tərəfdarıyam ki, Milli Məclis qəbul etdiyi qanunlara nəzarəti həyata keçirsin".
Deputat Mübariz Qurbanlı isə bildirib ki, qanunlara nəzarət mexanizmi Konstitusiya ilə tənzimlənir. "Elə yerlər, elə sahələr var ki, Milli Məclis qanunların həyata keçirilməsinə birbaşa və ya dolayı yolla nəzarət edir, elə yerlər var ki, məhkəmə yolu ilə qanunların həyata keçirilməsini nəzarət funksiyasını tam şəkildə həyata keçirir. Elə yerlər də var ki, artıq icraedici hakimiyyət qanunları qanunların həyata keçirilməsinə nəzarət edir. Konstitusiyada təsbit olunan formaları dəyişmək üçün referendum olmalıdır. Ona görə hesab edirəm ki, Azərbaycan Konstitusiyasında qanunların qəbul edilməsi, onların icrası və nəzarət edilməsi mexanizmi çox ideal formadadır. Qanunu qəbul edən onu icra edə və birbaşa nəzarət edə bilməz. Nəzarət funksiyasını başqa qurumlar həyata keçirməlidir".
Millət vəkili Bəxtiyar Əliyev də qanunlara nəzarət funksiyasının Milli Məclisdə olmasının tərəfdarıdır.
"Büdcəyə nəzarət qanunla Milli Məclisin səlahiyyətlərinə aid olduğu kimi, qanunların icrasına da nəzarət parlamentə aid olmalıdır. Bu gün dövlət başçısının fərman və sərəncamlarının icrasına nəzarət Prezident Administrasiyasının Dövlət nəzarət şöbəsi tərəfindən həyata keçirilir. Qanunların icrasına nəzarət Milli Məclis həyata keçirərsə, onda icra hakimiyyəti orqanı ilə qanunverici orqanın qarşılıqlı əməkdaşlığının səmərəsi daha da yüksək olar və qanunların icrası işində də irəliləyişlərə nail ola bilərik".
Deputat Fərəc Quliyev bildirib ki, qanunların icrasına nəzarət Baş Prokurorluq tərəfindən olur. "Milli Məclis nəzarəti itirməyib. Sadəcə olaraq Milli Məclisə qarşı belə bir davranış var ki, parlament üzvləri nazirləri, icra strukturlarını dəvət edib onlardan hesabat almaqda sıxıntılar yaşayır və istəmirlər ki, belə şey olsun. Qanunların icrasına əlbəttə nəzarət edilir. Bu da daha çox prokurorluq orqanlarının işidir. Amma Milli Məclisində səlahiyyəti var ki, hər kəsi çağırsın və işin hesabatı alınsın".
Aytən ƏLİYEVA
Digər Xəbərlər
2024-12-27 09:33:13
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17