Müsavatda parçalanma yaratmağa başladılar
20:08 20-06-2013
CƏMİYYƏT
Müsavatda parçalanma yaratmağa başladılar
Növbə Arif Hacılıdadır
Milli Şurada gərginlik yavaş-yavaş müşahidə olunmağa başlayıb. Belə ki, artıq aydın olub ki, bu layihə Əli Kərimli,Eldar Namazov və Rüstəm İbrahimbəyov arasında həll olunmuş layihədir və əsas məqsəd İsa Qəmbəri dövriyyədən çıxardaraq Rüstəm İbrahimbəyovu vahid namizəd elan etməkdir. Amma son günlər artıq Müsavat partiyası məsələnin tam təfsilatını görərək əks həmlələr etməyə hazırlaşır. Son günlər baş verənlər isə göstərir ki, deyəsən artıq gecdir.
Çünki bu qüvvələr artıq Müsavat partiyasının daxilində də problem yaratmağa çalışırlar. İlk həmlələri isə uğurlu olub. Belə ki, hüquq müdafiəçisi, Müsavat Partiyasının üzvü Novella Cəfəroğlunun "Freedom House" təşkilatının hesabatına verdiyi rəyi Leyla Yunus başda olmaqla bir qrup AXCP üzvü əməllicə problemə çevirib və Novella Cəfəroğlunun Müsavat Partiyasının üzvlüyündən çıxarılmasını tələb edirlər. Müzakirələrlə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu qeyd edib ki, 20 ildir öz fikirlərini deyir: "Sosial şəbəkələrdə olan insanlar bolşevik olmamalıdır. Mən həmin sayta dediklərim fikirlər kontekstdən çıxarılıb. Mən əvvəlcə demişəm ki, Azərbaycanda insan haqları pozulur. Mən hakimiyyəti sevməyən adamam. Demişəm ki, Tofiq Yaqublu, NİDA-çılar, jurnalistlər, hətta 3 nəfər OMON-çu da həbsdən azad olunmalıdır. Həmin OMON-çuların da hüquqları pozulub. Bunların hamısı dərhal həbsdən çıxarılmalıdır. Siyasi məhbus məsələsi Azərbaycanda kökündən həll olunmalıdır. Bundan sonra biz Qarabağdan gələn 500 min köçkünün dərdinə qalmalıyıq. Sərbəst toplaşmaq azadlığı təmin edilməlidir. Hakimiyyət bütün bunları həll etməlidir. Bunlar həll olunsa, bizim beynəlxalq təşkilatlar qarşısında dilimiz uzun olar. Bunlardan sonra qeyd etmişəm ki, Azərbaycan hakimiyyəti və dövləti ayrıdır. Mənim dövlətimə kimsə çırtma vuranda ürəyim ağrıyır. Ukrayna , Rusiya, Ermənistanda da vəziyyət ağırdır. "Freedom House" bunları birlikdə tənqid edəndə Azərbaycanı da onların sırasına salmalıdır. Postsovet ölkələri durumlarına görə hamısı bir yerdədir. Hamısı birlikdə tənqid olunmalıdır. 500 min insanı köçkün salan Ermənistana çırtma da vurmurlar, söz də demirlər. Amma Azərbaycana gələndə bu vəziyyət dəyişir.Facebookda açılan müzakirələrə də fikir bildirən hüquq müdafiəçisinin sözlərinə görə, Ramiz Yunus yazır ki, "mən belə insanları Müsavatdan iti qovalayan kimi qovardım": "Ramiz Yunus Amerikada oturub söz danışmasın. Biz müsavatçı olmağımızla həmişə şərəf duymuşuq. Elçibəyin yaxın dostu olan bir xanım Müsavata ləkə gətirməz. Dədəm, babalarım həmişə Müsavatı dəstəkləyiblər. Ramiz Yunus kimi gədələr və onun gəlini Leyla Yunus Azərbaycanı heç vaxt sevməyiblər. Biz küçələrdə mübarizə aparanda onlar evdə kompyuter başında olublar. Yaxşısı budur ki, elə evdə oturub yazılarını yazsınlar, mənə söz deməsinlər.Məni Partiyadan çıxarsalar da buna hörmətlə yanaşacam. Birincisi mən öz ərizəmlə Müsavatdan çıxan deyiləm. İstəyirlər məni partiyadan çıxarsınlar, özləri bilərlər. Mənim atam da, babam da Müsavata bağlı insanlar olublar. Müsavata bağlı olmasaydım, 2003-cü ildə hamı partiyadan qaçanda mən də gedərdim. Müsavat Partiyasının ən çətin günlərində yanında mən olmuşam. Məni partiyadan çıxarda bilərlər, amma müsavatçılıqdan çıxara bilməzlər. Burda çıxararlar, gedib Türkiyədə Müsavatın üzvü olaram. Partiyadan çıxmaq müsavatçılıqdan çıxmaq demək deyil. Müsavatda niyə "Freedom House"u tənqid eləmək olmaz. Mənim dediklərimi konteksdən çıxarıblar. Türmədə olmuşam, döyülmüşəm, söyülmüşəm, amma əqidəmdən dönməmişəm. Haqqımda həmin fikri səsləndirənlər bolşevikdirlər.Mənim Leyla Yunus kimi nə Antalyada villam var, nə də Almaniyada evlərim. Müsavat məni partiya üzvülüyündən çıxarmaq istəyirsə çıxarsın, heç vecimə də deyil"-deyə hüquq müdafiəçisi əsəbi tonda bildirib. Müşahidəçilər bildirir ki, hazırda Novella Cəfəroğlu ilə yanaşı Arif Hacılıda hədəfə götürülüb və belə rəy yaradılır ki, Arif Hacılı məhz hakimiyyətin diktəsi ilə Milli Şura əleyhinə çıxır. Belə rəylərin yaradılmasında əsas məqsəd isə budur ki, Müsavat Rusiyanın Milli Şura layihəsindən imtina edəndə bəyan etsinlər ki, Müsavat artıq hakimiyyətin yanındadır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27