Göygöldə qəza olub, ölən və xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Hyunday" markalı avtomobil "VAZ 2106"ya arxadan çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirlib.

Tural Əhmədov