Rusiya qüvvələri Ukraynanın Xarkov şəhərində uşaq oyun meydançasına və yaşayış binasına idarə olunan bomba ilə hücum edib.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən hadisədə 1-i uşaq olmaqla 6 nəfər ölüb, 55 nəfər isə yaralanıb. 

Qeyd edək ki, Xarkov qubernatoru Oleh Syniehubov açıqlamasında yaralılardan 20-nin vəziyyətinin ağır olduğunu bildirib.

Fidan Nuriyeva