Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Samux küçəsində qeydə alınıb. Belə ki, "Vaz" markalı maşın yolu keçmək istəyən və içkili vəziyyətdə olan təxminən 55-60 yaşlı kişini vurub. Təcili xəstəxanaya çatdırılan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Durumu ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov